Bakının Yasamal rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun M.Müşfiq küçəsində qeydə alınıb. Bakı şəhər sakini Muxtar Mehdiyev idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.
Onun sərnişinlərindən həmyerlisi Xalid Umudov xəstəxanaya aparılarkən ölüb, özünə və digər sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov