15 Mart 2015 16:50
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda traktorun kanala aşması nəticəsində 8 yaşlı uşaq ölüb.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, martın 14-də Salyan rayonunun Düzənlik kənd sakini, 1991-ci il təvəllüdlü Yusif Eldar oğlu Abbasov idarə etdiyi traktoru kanala aşırıb.


Traktorda olan qardaşı oğlu, 2007-ci il təvəllüdlü Abbasov Əvəz Elşad oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.


Traktorun sürücüsü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ambulator yardım alaraq evə buraxılıb.


Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.


Müəllif: