15 Mart 2015 23:42
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Niğde bölgəsində 17 yaşlı İ.A. ilə rəsmi nigahsız evləndirilən 13 yaşılı Hilal Ünal, otağında sinəsindən tapançayla vurulmuş halda tapılıb.

Musavat.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bir aylıq evli olan Hilal Ünalın intihar etdiyi deyilsə də, vurulduğu tapançanın nigahsız yoldaşının atası Rəhmi A-ya aid olduğu ortaya çıxıb.

Həbs olunan 59 yaşındakı Rəhmi A-nın, kiçik gəlinini, oğlunu aldatdığı səbəbiylə öldürdüyü iddia edilir. Araşdırmalar nəticəsində məlum olub ki, Hilal Ünal 17 yaşlı qeyri-rəsmi yoldaşı ilə sosial mediada tanış olub.

Bir müddət danışdıqdan sonra onlar görüşmək qərarına gəliblər. Bu zaman İ.A qoç gücündən istifadə edərək, 13 yaşlı qıza təcavüz edib. Məsələnin yayılmaması üçün 17 yaşlı gənc Hilal Ünalı qaçırıb.

Vəziyyəti öyrənən ailələr ortaq razılığa gəliblər. Evlilik yaşı çatana qədər, Hilalın İ.A ilə qeyri-rəsmi yaşamasına icazə veriblər. Hər ikisi evlənmə yaşına çatandan sonra rəsmi qaydada toy edilməsinə qərar verilib.

Amma bir ay sonra 13 yaşlı gəlin otağında öldürülmüş halda tapılıb.


Müəllif: