Bakının Qaradağ rayonunda ticarət mərkəzindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Ramin Şərifova məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 600 manat, mobil telefon və sənədlər oğurlanıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Qaradağ polisinin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən şəxs müəyyən edilib. Bu, Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Allahverdiyevdir.
Hacı Zeynalov