17 Mart 2015 16:47
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il yanvarın 1-dən martın 16-dək Bakı şəhəri üzrə 173 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 52 nəfər ölüb, 197 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Bunu Trend-ə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı 173 770 inzibati protokol tərtib edilib: “Bunlardan 3226-sı avtomobilin sərxoş halda idarə edilməsinə, 581-i qəza şəraiti yaradılmasına, 3237-si işıqforun qırmızı işığında hərəkət edilməsinə, 878-i sürət həddinin aşılmasına, 111-i avtomobilin dövlət nömrə nişanı olmadan, 793-ü sənədsiz idarə edilməsinə, 554-ü sərnişindaşıma qaydalarının pozulmasına, 36 816-sı ötmə, manevretmə, yolayrıclarını keçmə qaydalarının pozulmasına, 756-sı avtomobilin pərdə və plyonkalı olmasına, 167-si avtoxuliqanlığa, 722-si polisin saxlama əmrinə tabe olmamağa görə tərtib edilib. Sürücülərdən başqa, yol hərəkəti qaydalarını pozan piyadalar da cərimələnib. Bununla bağlı polis əməkdaşları tərəfindən 22 886 protokol tərtib edilib”.

V.Əsədov qeyd edib ki, əlavə olaraq Mərkəzi Məlumat Xidməti tərəfindən avtomatik olaraq elektron qaydada 47 930 prokotol tərtib edilib.

Bölmə rəisi qarşıdan gələn Novruz bayramı ilə əlaqədar sürücü və piyadalara müraciət edərək onları yollarda maksimum diqqətli olmağa, yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.


Müəllif:

Oxşar xəbərlər