23 Mart 2015 16:22
623

Sumqayıt şəhərində intihara cəhd hadisəsi baş verib.

Sumqayıt Şəhər Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, şəhərinə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir nəfər işıq dirəyinə çıxaraq intihar etmək istəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və prokurorluq işçiləri gəlib. Bir neçə saat davam edən danışıqlardan sonra intihar etmək istəyən şəxsin fikirindən daşındırılıb. O, dirəkdən aşağı düşürülüb.

İntihar etmək istəyən Sumqayıt şəhər sakini, 1968-ci il təvəllüdlü Yaşar Muradovdur. Onun ifadəsi alınıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: