25 Mart 2015 11:11
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Məmmədmövsüm Həbibov idarə etdiyi “VAZ -21 07” markalı avtomobillə Etibar Abdullayevin sürdüyü “Opel” markalı maşınla toqquşub.

Nəticədə hər iki sürücü və “VAZ-2107”də olan sərnişinlər - Güldanə Babayeva, Luminə Babayeva ,Səma Babayeva, Aysel Babayeva və Hakim Babayev xəsarət alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, “VAZ 21 07” markalı avtomobilin sürücüsü Məmmədmövsüm Həbibov sərxoş vəziyyətdə olub. Məmmədmövsüm Həbibov taksi sürücüsüdür, Babayevlər ailəsi isə həmin avtomobillə qonaqlıqdan gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: