Bakının Sabunçu rayonunda qətl hadisəsi törədilib.
Bu barədə Teleqraf.com-a Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə Bakıxanov qəsəbəsində, Müslüm Maqomayev küçəsi ev 15-də baş verib. Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Nurəddin Bayramov qeyri-rəsmi yaşadığı həyat yoldaşı Zeynəb Alışovanı boğaraq öldürüb. Hadisə qısqanclıq zəminində baş verib.
Hadisəni törədən Nurəddin Bayramov tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov