29 Mart 2015 12:55
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda ailəsinin 8 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Rafiq Hüseynovun cinayət işi məhkəməyə göndərilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, cinayət işi hamkim Zabil Qasımovun icraatına verilib.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən edilməyib.

Qeyd edək ki, ötən il oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədov və Günel Məmmədovanı qətlə yetirib.

Xatırladaq ki, mərhum Südabə Rafiq Hüseynovun həyat yoldaşı, digərləri isə onun həyat yoldaşlının ailə üzvləridir.

Hadisədən bir ay sonra, yəni noyabrın 3-də Rafiq Hüseynovun qardaşı, 1984-cü il təvəllüdlü Afiq Hüseynov özünü asaraq öıüb. Afiq Hüseynovun atası Müzəffər Hüseynov isə həmin gün infarkt keçirərək vəfat edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər