29 Mart 2015 13:41
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda avtomobil oğrusu yaxalanıb.

Bu barədə Teleqraf.com-a Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, martın 27-nə keçən gecə Nərimanov rayonunun Z.Bünyadov prospektindən Bakı şəhər sakini Anar Cəfərova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.

Anar Cəfərov avtomobilinin oğurlanması ilə bağlı 16-cı polis bölməsinə məlumat verib. Keçirilən əməliyyat zamanı avtomobili oğurlayan Bakı şəhər sakini Aynur Aşurova saxlanılıb.

Aynur Aşurova ilə Anar Cəfərovun arasında sevgi münasibətləri olduğu bildirilir. Cinayətin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: