29 Mart 2015 13:46
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Bakının Xətia rayonunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə martın 28-də saat 21 radələrində Xətai rayonu ərazisində qeydə alınıb. Cəlilabad rayon sakini Rüstəm Bədirovun idarə etdiyi "Mercedes" markalı və Gürcüstan vətəndaşı Mustafa Məmmədovun idarə etdiyi "Daewoo" markalı avtobus toqquşub.

Nəticədə R.Bədirov və sərnişini, Masallı rayon sakini Mübariz Abbasov, M.Məmmədovun 3 sərnişini xəstəxanaya yerləşdirilib, R.Bədirov və M.Abbasov orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərilib.

Faktla baölı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər