Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Şirin Quliyev qarın və sol qolunu ülgüclə kəsib.
Çoxlu qan itirən gənc xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov