31 Mart 2015 16:49
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi törədən həbs edilib.

Bu barədə Teleqraf.com-a Qaradağ Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Kamran Şəmiyev naməlum şəraitdə bıçaqlanıb. O, xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hadisə ilə bağlı 10-cu polis bölməsində əməliyyat qrupu yaradılıb. Keçirilən əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Röyal Ağazadə tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: