Bakının Xətai rayonunda 6 ay əvvəl törədilən bıçaqlanma hadisəsinin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 7-də Siyavuş İbrahimovu bıçaqlan şəxs müəyyən edilib. Onun sağlamlığına ağır zərər vurmuş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Novruz Haqverdiyev yaxalanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov