Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Eldəniz Aslanovun üzərində şəxsi yoxlama aparılıb.
Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Yoxlama zamanı şəxsin daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 99,927 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Naibə QURBANOVA