1 Aprel 2015 16:48
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində daxili işlər naziri Ramil Usubovun şikayəti əsasında Eldəniz Quliyevə qarşı xüsusi ittiham qaydasında cəzalandırılması ilə bağlı məhkəmə qərarından verdiyi şikayətə baxılıb.

Teleqraf.com xəbər verir ki, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Eldəniz Quliyevin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, onun şikayəti təmin edilməyib.

Nəsimi rayon Məhkəməsinin hökmü ilə Elədiniz Quliyev 480 saat ictimai işlərə cəlb edilib, 1000 manat cərimə olunub. Onun haqqında başqa yerə getməmə haqda qərar hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılıb. Hökmdən narazı qalan Eldəniz Quliyev apelyasiya şikayəti verib. O, şikayətində birinci məhkəmə instansiyasının ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, Ramil Usubov Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri məhkəmədə iddia ərizəsi qaldırıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər