3 Aprel 2015 16:13
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda avtomobil oğrusu yaxalanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı bölməsi əməkdaşları tərəfindən oğurluq etməkdə təqsirli bilinən Bakı şəhər sakini Mayıl Məmmədov tutulub. O, ötən il dekabrın 27-də Nasim Məmişova məxsus "VAZ-2106" markalı avtomobili qaçırıb.

Avtomobil oğurluq edən şəxsin tutulma ilə bağlı daha bir əməliyyatı Yasamal Rayon Polis İdarəsinin 28-ci bölməsi əməkdaşları keçirib. Əməliyyat nəticəsində fevralın 15-də Nizami Qasımovun avtomobilindən oğurluq etmiş Füzuli rayon sakini Məhəbbət Əliyev tutulub.

Hər iki faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: