Şəki rayonunun Baqqal kəndində kənd sakini Loğman Məmmədova məxsus mağazadan oğurluğa cəhd göstərmiş həmkəndlisi Fərid Çələbiyev mağazanın sahibi tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, mağaza sahibi oğurluğa cəhd edəni polis şöbəsinə təhvil verib.
Polis əməkdaşları tərəfindən ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun caril mart ayının 28-dən 31-dək olan müddətdə həmin mağazadan 330 manat, ərzaq məhsulları və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Hacı Zeynalov