8 Aprel 2015 17:05
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirli bilinən Elvin Əzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb,

Teleqraf.com xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elvin Əzimov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl ötən il Sabunçu rayonu Bakıxanov qəsəbəsi, E. Xəlilov küçəsi, 1 ünvanında baş verib. Orada yaşayan, 22 yaşlı Elvin Emin oğlu Əzimov anası, 1968-ci il təvəllüdlü Esmira Talış qızı Əzimovanı qətlə yetirib.

Elvin Əzimov qətli törətdikdən sonra binanın pəncərəsindən tullanaraq qaçmaq istəyib. Bu zaman onun hər iki ayağı sınıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər