9 Aprel 2015 12:32
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda dəmiryol stansiyasından dəmir künclüklər oğurlamış şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da Qovlar-Zəyəm dəmir yolu stansiyalarının Tovuz rayonu ərazisindən keçən hissəsindən 19 ədəd dəmir künclük oğurlamış Qovlar şəhər sakini Ruslan Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: