10 Aprel 2015 11:12
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Gəncə Şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, 1997-ci il təvəllüdlü Elçin Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb.

Nəticədə Elçin Məmmədov aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: