10 Aprel 2015 12:38
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, əməliyyatı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Elsevər Durmuş oğlu Osmanov həbs edilib. Ondan 1 kiloqram 50 qram marixuana götürülüb.

Hacı Zeynalov


Müəllif: