Bakının Binəqədi rayonunda soyğunçuluq edən şəxs məsuliyyətə cəlb edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayon sakini, əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Vüqar Əliyev tutularaq istintaqa cəlb edilib.
O, aprelin 7-də saat 01 radələrində Motodrom yeni yaşayış massivində Bakı şəhər sakini, əvvəllər məhkum olmuş, 1978-ci il təvəllüdlü Emin Həsənovun sərxoş vəziyyətindən yararlanaraq barmağında olan qızıl üzüyü, 230 manat pul və mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinib.
Hacı Zeynalov