13 Aprel 2015 14:25
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən “Xudafərin” MMC epizodu üzrə istintaq tərəfindən zərərçəkmiş qismində tanınmış bir neçə nəfər dindirilib. Zərərçəkən şəxs qismində Nadir Əliyev, Elzamin Məmmədov, Yelena Qocayeva, Saleh Tağıyev, Elşad Tağıyev və Züleyxa Məmmədova ifadə verdilər. Zərərçəkənlər Abdulla Abdullayevi şəxsən tanımadıqılarını qeyd ediblər.

Onlar bildiriblər ki, 2004-2005-ci illərdə “Xudafərin MMC”dən mənzil alıblar. Onların sözlərinə görə, aldıqları mənzillərin alqı-satqısını “Xudafərin” MMC ilə bağlayıblar. Onların təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətləri olmayıb.

Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Elşad Tağıyev 2005-ci ildə “Xudafərin” MMC-dən obyekt aldığını bildirib. Onun sözlərinə görə, müqavilə bağlayıb və 85 min 560 manat ödəyib: “Bu yaxında isə məlum olub ki, Pərviz adlı bir vəkil mənə məxsus olan obyekti təmir etdirib və orada ofis qurub. Mənə də deyir ki, buranı məhkəmə qərarı ilə almışam”.

Məhkəmə iclası aprelin 14-də davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər