14 Aprel 2015 17:28
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Rəsul Cəfərovun vəkilləri Əlibababa Rzayev və Fariz Namazlı çıxış edib. Onlar müdafiə etdikləri şəxsin barəsində bəraət istəyiblər.

Qeyd edək ki, İnsan Haqları Klununun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər