14 Aprel 2015 18:36
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun Rəsullu kəndindən keçən hissəsində qeydə alınıb.

Qurban Şadlinskinin idarə etdiyi “QAZ 24” markalı və Elsəvər Ağakişiyevin sürdüyü “VAZ 2105” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ 2105”-in sürücüsü və sərnişin Mübariz Xəlilov, “QAZ 24”-də olan daha iki nəfər xəsarət alıb.

Hacı Zeynalov


Müəllif: