Gəncədə nənə və nəvəni döyərək qarət edən şəxs yaxalanıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə aprelin 14-də qeydə alınıb. Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Məlikov şəhər ərazisində kirayədə yaşadığı mənzildə, oranın sahibi Güllü Hüseynovanı və nəvəsi Zərifə Bayramovanı döyüb, Zərifənin qızıl boyunbağısını alaraq hadisə yerini tərk edib.
Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahin Məlikov tutulub.
Hacı Zeynalov