16 Aprel 2015 16:49
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə adam öldürməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini Cəlal Kərimovun kasasiya şikayətinə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, 2013-cü ilin iyulun 31-də Cəlal Kərimov Binəqədi rayonunda yerləşən işlədiyi mebel sexində mühafizəçi Rüfət Qənbərovla mübahisə edib. Mübahisə zamanı da Cəlal iskənə ilə iş yoldaşını qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlal Kərimov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Cəlal Kərimov apelyasiya şikayəti verib. O, şikayətində cəzasının yüngülləşdirilməsini istəyib. Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən, Cəlal Kərimovun cəzasından 2 il çıxıb və onun barəsində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Cəlal Kərimov cəzasının daha da yüngülləşdirilməsi ilə bağlı kasasiya şikayəti verib.

Hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə Cəlal Kərimovun kasasiya şikayəti baxılmamış saxlanılıb və geri qaytarılıb.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər