17 Aprel 2015 14:14
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Binəqədi qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Məryəm Namazova bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. vaxıtnda tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı məlum olub ki, cinayət hadisəsi Məryəm Namazovanın qonşusu Azər Əfəndiyev tərəfindən törədilib. Azər Əfəndiyev qadını ona məxsus evdə bıçaqlayıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azər Əfəndiyev tutulub.

Hacı Zeynalov


Müəllif: