20 Aprel 2015 09:41
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə ağır yol qəza hadisəsi baş verib.

Şəki rayonu, İnçə kəndində (rayon mərkəzindən 15 km aralı) VAZ markalı minik avtomobili yol kənarındakı səkiyə çırpılması nəticəsində yol nəqliyyat qəza hadisəsi baş vermişdir.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə nəticəsində avtomobilin sahibi 1989-cu il təvəllüdlü Züliyev Orxan Yunis oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Onun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə olan sərnişin isə müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi Təcili Tibbi yardım tərəfindən xəstəxanaya aparılıb.

Əməliyyat saat 04:01-də başa çatıb.


Müəllif: