Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rüfət Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxs Bakı şəhər sakinləri olan 2 nəfəri işə düzəlmək adı ilə onlardan xeyli pul almış və verdiyi sözü tutmayıb. Polis əməkdaşları tərəfindən saxlandıqdan sonra onun digər dələduzluq əməli ortaya çıxıb.
Belə ki, o şəhər sakinindən torpaq ərazinin özəllişdirilməsi ilə bağlı pul alıb və geri qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rüfət Süleymanov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov