Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rizvan İsmayılov və Miralim Həbiblinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökmü oxunub. Məhkəmənin hökmü ilə əqsirləndirilən şəxslərin hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, onlar Gürcüstan vətəndaşı Hüseyn Vəliyevə qarşı hədə-qorxu gəlib pulunu almaqda təqsirli biliniblər.
Hacı Zeynalov