23 Aprel 2015 16:48
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə gənc qızı zorlamağa cəhddə ittiham olunan Ramil Cəfərovun məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Ramil Cəfərovun barəsində bəraət hökmünün çıxarılması ilə bağlı kasasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ramil Cəfərov apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apelyasiya Məhkəməsinin qərarına görə, Ramil Cəfərovun barəsində bəraət hökmünün çıxarılması ilə bağlı verdiyi apelyasiya şikayəti təmin edilməyib.

Ramil Cəfərov Binəqədi rayonunda Sevdanı (ad şərti verilib) zorlamaq istəyib. O, bu məqsədini həyata keçirmək üçün Sevdanı qaranlıq bir yerə aparıb və orada zor tətbiq edərək qızla cinsi əlaqədə olmaq istəyib. Lakin Sevda səs-küy salması nəticəsində Ramil Cəfərov cinayəti başa çatdıra bilməyib. Ramil Cəfərov həbs edilib.

Ramil Cəfərov Cinayət Məcəlləsinin 29,149.1-ci (zorlama) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər