Ağdam rayonu, Birinci Yüzbaşılı kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kvadratmetr olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, yanğın zamanı ərazidə olan 70 ədəd ev quşu tüstüdən boğularaq tələf olub.
Alov yanğınsöndürənlər tərəfindən söndürülüb, ətraf ərazilər mühafizə olunub.