27 Aprel 2015 15:55
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə aprelin 25-də saat 23 radələrində Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Gədəbəy rayon sakini Xəqani Cəfərov və onun bacısı Arifə vurulub. Nəticədə piyadalar hadisə yerində ölüblər.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “BMW” markalı avtomobilin sürücüsü İlqar Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: