27 Aprel 2015 19:29
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Səbail Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Heydər Məhərrəmov naməlum şəraitdə bıçaqlanıb. O, ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərlidiyi üçün onun həyatını xilas etmək mümkün olib.

8-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Şəmkir rayon sakini Azər Məhərrəmov tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: