Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirli bilinən Şamaxı rayon sakini Elşad Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elşad Abdullayev tutulub. O, ötən ilin oktyabrın 6-da Elşən Ələkbərovun evindən 50 manat və qızıl əşyalar oğurlayıb. Onun əvvəllər də məhkum olunduğu üzə çıxıb .
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirlən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Elşad Abdullayev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov