29 Aprel 2015 15:34
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən sürücü həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, bu ilin aprelin 5-də saat 05:30 radələrində Hövsan-Türkan yolunda Hövsan qəsəbə sakini, 1980-ci il təvəllüdlü Teymur Mahmudovun ölümü ilə nəticələnən yol qəzası törədən sürücü müəyyən edilib.

Qəzanı törədən şəxsin müəyyən edilməsi üçün əməliyyatı Cinayət Axtarış İdarəsi Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən əməliyyat keçirilib. Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Vüsal Paşayev idarə etdiyi “Daevoo Nexia” markalı avtomobillə birlikdə müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər