30 Aprel 2015 13:16
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda tiryəkxana aşkar edilməsi ilə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İdrak Ələkbərovun Şeyx Zahid küçəsindəki evində tiryəkxana təşkil etməsi müəyyən edilib.

Evə baxış zamanı 2 kiloqram 3 qram heroin və digər ləvazimatlar aşkar edilərək götürülmüş, habelə orada narkotik vasitələrdən istifadə edən və İdrak Ələkbərovdan narkotik vasitə alan həmyerliləri, əvvəllər məhkum olunmuş Vüqar Əliyevdən 0,65 qram, Cəmil Mirzəyevdən 0,12 qram, Aygün Hüseynovadan 0,096 qram, Cavid Nağızadədən 0,1 qram və Ruslan Nəsirovdan 0,14 qram heroin götürülüb.

Hacı Zeynalov


Müəllif: