30 Aprel 2015 14:30
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda avtomobillərdən oğurluğa cəhd edən həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, aprelin 29-da Bakı şəhər sakinləri Kamran Həsənova məxsus “Hyundai” markalı avtomobildən 100 manat və 2 ədəd ətir oğurlanıb. Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsi əməkdaşları tərəfindən oğurluq hadisəsini törədən paytaxt sakini Məzahir Babayev tutulub.

İstintaq araşdırması zamanı Məzahir Babayevin Bakı şəhər sakini İlqar Əliyevə məxsus “Honda” markalı avtomobildən oğurluğa cəhd göstərmiş də müəyyən edilib. Həbs olunan zaman Məzahir Babayevdən 1,878 qram tiryək götürülüb.

Hacı Zeynalov


Müəllif: