1 May 2015 14:58
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda neft yatağından oğurluq etmiş şəxs tutulub. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) yataqlarından birindən 18 metr elektrik kabelini kəsərək oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şamil Poladov tutulub.

Faktla əlaqədar araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: