Oğurluq etdiyinə görə tutulan ağstafalı qadından narkotik vasitə tiryək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Türkiyə vətəndaşı Ərişan Balonun yaşadığı evdən 650 manat, 50 ABŞ dolları, 250 lari və 30 türk lirəsi, habelə qızıl üzük oğurlayan Ağstafa rayon sakini, əvvəllər məhkum olunan Maya Yaqubova tutulub.
Ondan 0,712 qram tiryək götürülüb.
Hacı Zeynalov