Gəncə şəhər sakini Hakim Mehdiyev idarə etdiyi “VAZ-21154” markalı avtomobili yolun kənarındakı hasara vurub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nəticədə sərnişini, həmyerlisi Məhəmməd Əzizov hadisə yerində ölüb. Avtomobildə olan 600 manat, danışıq kartları, tütün məmulatı və məişət əşyaları ətrafa dağılıb.
Araşdırmalar zamanı qeyd edilən pul və digər əşyaların mayın 3-nə keçən gecə H.Mehdiyev və M.Əzizov tərəfindən Göygöl rayonunun Üçtəpə kəndində kənd sakini Bahar Abbasovaya məxsus mağazadan oğurlanması müəyyən edilib.
Faktla bağlı Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov