5 May 2015 11:05
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda oğurluğa cəhd edən ata və qızı həbs edilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsindən məlumat verilib.

Məlumata görə, oğurluğa cəhd hadisəsi mayın 2-də, saat 20:27 radələrində qeydə alınıb. Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov küçəsi, ev 30 ünvanında yerləşən Kamil Məmmədova məxsus 17 nömrəli fərdi yaşayış evindən Mərkəzi Mühafizə Məntəqəsinə həyəcan siqnalı daxil olub. Daxil olan həyəcan sıqnalı barədə məlumatı yoxlayarkən, evin pəncərəsinin dəmir barmaqlığının sındırılması aşkar edilib.

Evə baxış keçirən zaman Suraxanı rayonu, Hasil Bayramov küçəsi, 8 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Hüseynov Cəlal Miri oğlu və onun 1991-ci il təvəllüdlü qızı Məmmədova Cəmilə Cəlal qızı saxlanılıb. Onlar barəsində araşdırmalar aparılması üçün Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə təhvil veriliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər