6 May 2015 16:18
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə dələduzluqda ittiham olunan Azərbaycan Xalq Respublikaçıları Partiyasının sədri İlqar Məmmədov və digər şəxslərin məhkəmə qərarından verdikləri kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Bəhruz Baxşıyev, İsa Əkbərov, İlqar Məmmədov və Rəşad Həsənov əlbir olaraq vətəndaşları ali məktəblərə düzəltmək adı ilə aldatıblar. Bundan başqa, İlqar Məmmədov Bakı şəhərində inşa edilən çoxmərtəbəli binaların tikintisi üzrə komissiyanın sədri kimi təqdim edərək, Rəşad Həsənovla cinayət əlaqəsinə girib.

Onlar şəhid ailələri, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və əlil insanları mənzillə təmin etmək adı ilə aldadıblar. Həmçinin İlqar Məmmədov Ülvi Əliyev və Lütfü Əliyevə bıçaqla xəsarət yetirməkdə təqsirli bilinir.

Təqsirləndirilən İsa Əkbərov xəstə olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. İlqar Məmmədov ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələrində Azərbaycan Xalq Respublikaçıları Partiyasının sədri olduğunu və Azərbaycan Beynəlxalq Universitetində (ABU) beynəlxalq hüquqdan dərs dediyini bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Baxşıyev 10 il, İlqar Məmmədov 9 il, Rəşad Həsənov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.

Bakı Apelyasiya Məhkəməsində, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul ediblər. Qərardan narazı qalan İlqar Məmmədov və Bəhruz Baxşıyevin vəkilləri kasasiya şikayəti veriblər. Müdafiəçilər apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılmasını istəyiblər.

Hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, kasasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər