Oğuz rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Kərimli kəndində qeydə alınıb.
Kənd sakini Bəxtiyar Salamov yaşadığı evin çardağında özünü asıb. Onun asılmış meyiti ailə üzvləri tərəfindən aşkar olunub. Bəxtiyar Salamovun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov