7 May 2015 13:54
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edən mütəşəkkil dəstənin üzvlərinin cinayət işi üzrə məhkəmə prosesində vəkillər müdafiə nitqi ilə çıxış ediblər.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə Vilayət Həsənlinin vəkili Səbirə Hacıyeva bildirib ki, müdafiə etdiyi şəxs dini əqidəsinə əsasən Suriyaya gedib. Onun sözlərinə görə, Vasif Həsənlinin əməlində cinayət tərkibi olmayıb: “Vasif Həsənli Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində iştirak etməyib. Ona həmin hərbi birləşmələrin tərkibində döyüşməsi tələb edilsə də, o, döyüşlərdə iştirak etməkdən imtina edib. Könüllü cinayət törətməkdən imtina etmək istəyəni cinayət məsuliyyətindən azad edir. Vasif Həsənli Azad Suriya ordusunun üzvləri tərəfindən əsir götürülüb. O, 10 gün əsirlikdə təzyiq altında qalıb. O, sonra Azad Suriya ordusunun üzvləri tərəfindən Suriyadan çıxarılıb və bir də Suriya ərazisində görünsə öldürülməklə hədələnib. Hesab edirəm ki, Vilayət Həsənovun əməlində cinayət tərkibi yoxdur, onun barəsində olan cinayət işinə xitam verilməsini istəyirəm”.

Vasif Hacıyevin vəkili Şəms Qəmbərova deyib ki, müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi yoxdur. Vasif Hacıyevin Suriyada dini əqidəsi olan müsəlmanlara yardım etmək məqsədilə getdiyini vurğulayan vəkilin sözlərinə görə, onun təqsirləndirilən şəxslərlə əlbir olması barədə fakt olmayıb. O, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Prosesdə digər təqsirləndirilən şəxslərin vəkillərinə çıxış etmək üçün söz verilsə də, onlar çıxışa hazır olmadıqlarını, məhkəmədən əlavə vaxt istəyiblər. Hakimlər onların istəyini nəzərə alıb və məhkəmənin davamımı mayın 13-dək təxirə salıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edən Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, ata-oğul Vüqar və Elvin Dursunəliyevlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə prokuror Rahil İsmayılov təqsirləndirilən şəxslərdən Elvin Dursunəliyevə 5, digərlərinə isə 15 il cəza istəyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

Bundan başqa, Vüqar Dursunəliyev tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb edib. Belə ki, Vüqar Dursunəliyev yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyev də radikal dini baxışların daha da möhkəmləndirilməsi məqsədi ilə Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək arzusu yaradıb. O, Elvini həmin silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərib. 15 yaşlı Elvin Dursunəliyev də 2013-cü ilin dekabrından 2014-cü ilin aprelinədək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər