7 May 2015 15:27
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Teymur Sağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Teymur Sağıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı şəhər sakinləri Teymur Sağıyevin idarə etdiyi “QAZ-3302” və Emin İbrahimovun idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşub. Qəza zamanı Emin İbrahimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilməyibər. Emin İbrahimov xəstəxanada vəfat edib.

Xatırladaq ki, qəzada dünyasını dəyişən Emin İbrahimov Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvüdür.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər