7 May 2015 17:39
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Mübariz Zaxarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü iləm Mübariz Zaxarov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il oktyabrın 30-da saat 16:10 radələrində Bakıda quldurluq hadisəsi baş verib. Qaradağ rayonunda yerləşən ticarət mərkəzində naməlum şəxs Abşeron rayon sakini İlqar Hüseynovun üzündən elektroşokla vuraraq içərisində 5000 manat olan sellofan paketi əlindən alıb qaçıb. Quldurluqda şübhəli bilinən Şərur rayon sakini Mübariz Zaxarov tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər