Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Nofəl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Nofəl Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Nofəl Məmmədov idarə etdiyi “İveco” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Loğman Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş Loğman Məmmədov orada ölüb.
Hacı Zeynalov